Oral-B Vitality Pro Kids Princess D103.413.2K Руководство по эксплуатации онлайн [16/20] 874327

Oral-B Vitality Pro Kids Princess D103.413.2K Руководство по эксплуатации онлайн [16/20] 874327
16
nəzərdə tutulmuş
məqsəd üçün istifadə
edin. İstehsalçı
tərəfindən tövsiyə
edilməyən əlavələri
istifadə etməyin.
Yalnız cihazın üstündə
verilmiş enerji doldurma
cihazından istifadə
edin.
XƏBƏRDARLIQ
Adapteri/enerji doldurma ştativini,
ağıllı ştepseli və ya enerji doldurucu
daşıma qabını cihazını suda və ya
mayedə, yaxud yerə, vannaya və ya
çanağa düşə biləcəyi yer
saxlamayın. Suya düşdükdə əyilib
götürməyin. Dərhal cərəyan
yuvasından çıxarın.
Cihazın batareyalarını əvəz etmək
mümkün deyil. Cihazı açmayın və
sökməyin. Batareyanın təkrar emalı
üçün cihazı bütövlükdə yerli ətraf
mühit normativlərinə uyğun olaraq
atın. Dəstəyin açılması cihazı
korlayacaq və zəmanəti etibarsız
edəcək.
Elektrik cərəyanından ayırdıqda
elektrik məftilini deyil, həmişə
ştepseli yuvadan ayırın. Yaş
əllərinizlə ştepselə toxunmayın. Bu,
cərəyan vurmasına səbəb ola bilər.
Hazırda ağız boşluğunuzla bağlı
müalicə alırsınızsa istifadədən əvvəl
stomatoloqunuzla məsləhətləşin.
Bu diş fırçası fərdi gigiyena cihazıdır
və stomatoloji praktika və ya
müəssisədə bir neçə pasiyentdə
istifadə üçün nəzərdə tutulmayıb.
Tutacağa stiker yapışdırmazdan
öncə düzgün təlimatlara əməl edin.
Tutacağın arxasındakı valın
örtülmüş olmadığından əmin olun.
Kiçik hissələr çıxa bilər, uşaqların
əli çatmayan yerdə saxlayın.
Fırçanın başlığının sınaraq kiçik
hissələrə ayrılması nəticəsində
boğulma təhlükəsinin və ya dişlərin
zədələnməsinin qarşısını almaq üçün:
Hər istifadədən əvvəl fırçanın
başlığının düzgün oturduğundan
əmin olun. Fırçanın başlığı düzgün
oturmadıqda istifadəni dayandırın.
Fırçanı başlığı olmadan heç vaxt
istifadə etməyin.
Diş fırçasının dəstəyi düşdükdə
fırçanın başlığı növbəti istifadədən
əvvəl, hətta heç bir zədə
görünməsə belə dəyişilməlidir
Fırçanın başlığını hər 3 aydan bir və
ya başlıq köhnəldikdə daha tez
yenisi ilə əvəz edin.
Hər istifadədən sonra fırçanın
başlığını müvafiq qaydada
təmizləyin (“Təmizləməyə dair
tövsiyələr” bəndinə baxın).
Düzgün təmizləmə diş fırçasından
təhlükəsiz istifadə etməyə imkan
verəcək və onun uzunmüddətli
istifadəsini təmin edəcək.
Təsvir
A Fırçanın başlığı
B Yandırma/söndürmə düyməsi
(rejim seçimi)
C Dəstək
D Adapter
Aksesuarlar (modeldən asılı olaraq):
E Fırça başlığı ştativi
F Daşıma qabı (dizayn dəyişə bilər)
Qeyd: İçərisindəkilər satın alınan
modeldən asılı olaraq dəyişə bilər.
Spesifikasiyalar
Voltaj spesifikasiyaları üçün enerji
doldurma qurğusunun aşağısına baxın.
Səs-küy səviyyəsi: 65 dB (A)
Enerji doldurma və
İstifadə
Diş fırcanız su kecirməyən tutacağa
sahibdir, elektrik baxımından
təhlukəsizdir və vanna otağında
istifadə ucun hazırlanmışdır.
Adapteri (D) elektrik yuvasına
qoşun və diş fırçasının tutacağını
(C) adapterin üzərinə yerləşdirin.
Tam dolma bir qayda olaraq 22 saat
çəkir və mütəmadi qaydada
10 günədək fırçalamağa (şəkil 1)
(gündə iki dəfə, 2 dəqiqə olmaqla)
imkan verir.
Gündəlik istifadə üçün tam dolmuş
vəziyyətdə saxlamaq üçün diş
fırçası tutacağı elektrik yuvasına
qoşulmuş adapterin üzərində
saxlana bilər. Artıq doldurmaq
mümkün deyil.
Dolan batareyanın maksimum
tutumunu təmin etmək üçün ən azı
6 aydan bir enerji doldurma
qurğusunu elektrik yuvasından
ayırın və tutacağı mütəmadi istifadə
edərək tam boşaldın.
Diş fırçasından istifadə
Fırçalama qaydası
Fırça başlığını isladın və hər hansı
növ diş məcunu tətbiq edin.
Sıçramanın qarşısını almaq üçün
cihazı yandırmazdan əvvəl fırça
başlığını dişlərinizə yönəldin (şəkil 2).
Oral-B titrəyən-fırlanan fırça
başlıqlarından biri ilə dişlərinizi
fırçalayarkən, hər diş səthində bir
neçə saniyə sərf etməklə, fırça
başlığını asta-asta dişdən dişə
yönəldin.
Hər hansı fırça başlığı ilə xaricdən
fırçalamağa başlayın, sonra daxilə
keçin və sonda çeynəmə səthlərini
fırçalayın. Ağzınızın hər dörd
bölməsini bəbabər səviyyədə
fırçalayın. Həddən bırk sıxmayın,
fırça özü işini görəcəkdir (şəkil 4).
Həmçinin, diş həkiminiz və ya diş
gigiyenası mütəxəssisimiz ilə sizin
üçün düzgün fırçalama qaydası
haqqında məsləhətləşə bilərsiniz.
İstənilən elektrik diş fırçasını istifadə
etdiyiniz ilk günlərdə diş ətləriniz
yüngülcə qanaya bilər. Ümumiyyətlə,
qanaxma bir neçə gün sonra
dayanmalıdır. 2 həftə sonra da davam
edərsə, diş həkiminiz və ya diş
gigiyenası mütəxəssisi ilə məsləhətləşin.
Fırçalama rejimləri
(modeldən asılı olaraq)
1-
Rejim
2-
Rejim
3-
Rejim
Fırçalama
rejimləri
«Super Həssas»
Daha həssas
bölgələr üçün
super zərif
təmizləmə
✓✓
«Həssas» –
Həssas sahələr
üçün zərif, bir o
qədər də
dərindən
təmizləmə
✓✓✓
«Gündəlik
Təmizləmə» –
Gündəlik
təmizləmə üçün
standart rejim
Qeyd: Fırçalama rejimlərinin ardıcıllığı
və əlçatanlığı satın alınan modeldən
asılı olaraq dəyişə bilər.
Digər rejimlərə keçirmək üçün
yandırma/söndürmə düyməsini basın
(B). Mühərrik dayanana qədər
yandırma/söndürmə düyməsini basıb
saxlayaraq diş fırçasını söndürün.
Taymer (modeldən asılı olaraq)
Quraşdırılmış taymer sərf olunmuş
fırçalama müddətini yadda saxlayır
(modeldən asılı olaraq) (şəkil 3).
«2 Dəqiqəlik» taymer: Qısa büdrəmə
səsi peşəkarların tövsiyə etdiyi
2 dəqiqəlik fırçalama vaxtının bitdiyini
göstərir.
90063451_D103(K)_UI_49x203_TCCAR_EE_G5_2D.indd 1690063451_D103(K)_UI_49x203_TCCAR_EE_G5_2D.indd 1605.10.21 13:5105.10.21 13:51

Похожие устройства

Скачать