Philips PSG6042/20 Руководство по эксплуатации онлайн [4/64] 875380

Philips PSG6042/20 Руководство по эксплуатации онлайн [4/64] 875380
4
Bu cihaz yaşı 8-dən çox olan uşaqlar və ziki, hissiyyat və ya əqli qabiliyyətləri zəif olan və ya cihazın
istifadəsi ilə bağlı təcrübə və biliyi olmayan insanlar tərəndən o zaman istifadə oluna bilər ki,
onlara cihazın təhlükəsiz istifadəsinə dair təlimat verilib və ya təhlükəsiz istifadəni təmin etmək üçün
nəzarət altında olacaqlar, yaxud əlaqədar təhlükələr barədə məlumatlandırılıblar.
Yaşı 8-dən çox olan uşaqların yalnız nəzarət altında cihazı təmizləməsinə və ərpi çıxarmasına və ya
Ərp Təmizləmə prosedurunu həyata keçirməsinə icazə verilir.
Uşaqların cihazla oynamasına icazə verməyin.
Cihaz yandırıldıqda və ya soyudulanda ütünü və onun elektrik kabelini yaşı 8-dən az olan uşaqların
əli çatmayan yerdə saxlayın.
Ütünüzü ehtiyatla tutun və buxarı heç vaxt insanlara və ya heyvanlara yönəltməyin, çünki cihazınız
yanma təhlükəsinə səbəb ola biləcək buxar verir.
Elektrik kabelinin və buxar təchizatı şlanqının ütünün isti altlığı ilə təmasda olmasına imkan
verməyin.
Ütüləyən zaman yanma təhlükəsinin qarşısını almaq üçün buxar işə salındıqda barmaqlarınızı və ya
əlinizi ütünün altından uzaq tutun.
EHTİYATLI OLUN: İsti səth
İstifadə zamanı səthlər isinə bilər (cihazda isti simvolu ilə işarələnmiş ütülər üçün).
Ehtiyat tədbiri
Ərp Təmizləmə prosesi zamanı cihazı nəzarətsiz qoymayın.
Buxar generatorunu "Təmizləmə və texniki xidmət" bölməsində verilən təlimatlara uyğun olaraq çirk
və ya ərpdən təmizləyin.
Həmişə Ərp Təmizləmə prosesini Ərp Təmizləmə qabı ilə yerinə yetirin və prosesi dayandırmayın.
İsti su çıxdıqca Ərp Təmizləmə prosesi zamanı ütünün dabanlığın üstündə dayanmasına icazə
verməyin.
Ərp təmizləmə prosesindən sonra ərpi təmizlənmiş qab isidilir. Ütüyə toxunmamışdan əvvəl
təxminən 5 dəqiqə soyumasını gözləyin.
Cihaz istifadə edilməli və düz, istiliyə davamlı səthə qoyulmalıdır. Ütünü dayağına qoyduğunuz
zaman həmin dayaq səthinin möhkəm olduğundan əmin olun. Dayaq ütünün dabanlığı və ya ütünü
istirahət zamanı qoyduğunuz hissədir.
Cihazı yalnız torpaqlanmış divar rozetkasına qoşun.
Ştepseli divar rozetkasına taxmamışdan əvvəl elektrik kabelini tam şəkildə açın.
Ütü platforması və ütünün altlığı həddindən artıq qıza bilər və toxunulduqda yanıqlara səbəb ola
bilər. Buxar generatorunun yerini dəyişdirmək istəyirsinizsə, ütü platformasına toxunmayın.
Ütüləyib qurtaranda, cihazı təmizləyəndə, buxar generatorunu dolduranda və ya boşaldanda və
ütünü qısa müddətə tərk edəndə: ütünü yenidən ütü platformasına qoyun, cihazı söndürün və
ştepseli divar rozetkasından çıxarın.
Ətirli su, quruducudan götürülən su, sirkə, nişasta, ərp təmizləyici vasitələr, ütüləmə vasitələri,
kimyəvi təmizlənmiş su və ya digər kimyəvi maddələr əlavə etməyin, çünki onlar su sızmasına,
qəhvəyi rəngli ləkələmə və ya cihazınızın zədələnməsinə səbəb ola bilər.
Ştepsel yalnız ştepsel ilə eyni texniki xüsusiyyətlərə malik rozetkaya qoşulmalıdır.
Bu cihaz yalnız məişətdə istifadə üçün nəzərdə tutulub.
Elektromaqnit sahələr (EMS)
Bu cihaz elektromaqnit sahələrə təsir ilə əlaqədar müvaq standartlara və qaydalara uyğundur.
Təkrar emal
- Bu simvol bu məhsulun normal məişət tullantıları ilə birlikdə atılmamalı olduğu deməkdir
(2012/19/EU).
- Ayrı-ayrı elektrik və elektron məhsulların toplanması ilə bağlı ölkənizin qaydalarına əməl
edin. Düzgün atılma ətraf mühit və insan sağlamlığı üçün mən nəticələrin qarşısını
almağa kömək edir.

Похожие устройства

Скачать