Bosch KGN39XI30U Руководство по эксплуатации онлайн [11/140] 881659

Bosch KGN39XI30U Руководство по эксплуатации онлайн [11/140] 881659
Təhlükəsizlik az
11
Ərzaqlara və əlçatan drenaj sistemlərinə toxuna bilən sahələri
müntəzəm olaraq təmizləmək lazımdır.
Çiy ət və balığı soyuducudakı müvafiq konteynerlərdə elə saxlayın
ki, digər ərzağa toxunmasın, yaxud üstünə su damızdırmasın.
Əgər soyutma/dondurma cihazı uzun müddət boş qalarsa, o
zaman cihazı söndürmək, buzunu əritmək və kiflənmənin qarşısını
almaq üçün qapısını açıq saxlamaq lazımdır.
Cihazdakı metal və ya metal optik hissələr alüminium tərkibli ola
bilər. Əgər turş ərzaqlar cihazdakı alüminiumla təmas edərsə,
alüminium ionları ərzaqlara keçə bilər.
Kirlənmiş ərzaqlarla qidalanmaq olmaz.
1.7 Zədələnmiş cihaz
XƏBƏRDARLIQ‒Elektrik şoku riski!
Zədələnmiş cihaz və ya zədələnmiş şəbəkə naqili təhlükəlidir.
Zədələnmiş cihazı əsla çalışdırmaq olmaz.
Cihazı şebekeden ayırmaq üçün heç bir şəbəkə naqilini dartmayın.
Həmişə şəbəkə naqilinin ştepselini çəkin.
Cihaz və ya şəbəkə naqili zədələndiyi halda, elektrik naqilinin
ştepselini ayırın və ya enerji qoruyucu qutusunu söndürün.
Müştəri xidmətinə zəng vurmalı. →
Səhifə29
Qeyri-peşəkar təmir etdirmək təhlükəlidir.
Cihazda yalnız bunun üçün təlim görmüş heyət təmir işləri apara
bilər.
Cihazınızın təmirində yalnız orijinal ehtiyat hissələrindən istifadə
oluna bilər.
Bu cihazın elektrik naqili zədələnmiş olarsa, istehsalçı, xidmət
bölməsinin nümayəndəsi və ya başqa ixtisaslı mütəxəssis onu
dəyişməlidir.
XƏBƏRDARLIQ‒Alışma riski!
Boruların zədələnməsi zamanı tezalışan soyuducu vasitə və zərərli
qazlar xaric ola və alovlana bilər.
Alovu və qığılcım mənbələrini cihazdan uzaq tutmaq.

Похожие устройства

Скачать