Samsung Galaxy Z Fold6 (SM-F956B) Руководство по безопасности онлайн [64/678] 902262
![Samsung Galaxy Z Fold6 (SM-F956B) Руководство по безопасности онлайн [64/678] 902262](/views2/2146505/page64/bg40.png)
Azərbaycan (latin)
63
Cihazınızı yerə salmayın və ya onu zərbəyə məruz qoymayın
•
Cihazınız zədələnə və ya nasaz işləyə bilər.
•
Cihazınız əyilsə və ya deformasiyaya uğrasa, zədələnə bilər və ya hissələrində nasazlıq yarana
bilər.
Batareya və doldurma qurğusunun istismar müddətinin maksimum olmasını təmin edin
•
Batareyalardan uzun müddət istifadə etmədikdə onlarda nasazlıq yarana bilər.
•
Vaxt keçdikdə istifadə edilməmiş cihaz boşalır və istifadədən əvvəl yenidən doldurulmalı olur.
•
İstifadə edilmədikdə doldurma qurğusunu enerji mənbəyindən ayırın.
•
Batareyadan yalnız təyinatı üzrə istifadə edin.
•
Cihaz və batareyanın maksimum istismar müddətini təmin etmək üçün bu təlimat
kitabçasındakı bütün təlimatlara əməl edin. Xəbərdarlıq və təlimatlara əməl etməmə
nəticəsində yaranan zədə və ya aşağı məhsuldarlıq istehsalçı zəmanətini keçərsiz edə bilər.
•
Cihazınız vaxt keçdikcə köhnələ bilər. Bəzi hissələr və təmir işləri zəmanət keçərli olduğu
müddət ərzində zəmanətlə qarşılanır, lakin təsdiq edilməmiş aksesuarlardan istifadənin
səbəb olduğu zədə və ya korlanma halları zəmanətlə qarşılanmır.
Cihazdan istifadə edərkən aşağıdakıları nəzərə alın
•
Cihazı ənənəvi telefonda olduğu kimi şaquli vəziyyətdə tutun.
•
Birbaşa mikrofona danışın.
Cihazınızı hissələrə ayırmayın, dəyişiklik etməyin və ya təmir etməyin
•
Cihazınıza edilən hər hansı dəyişiklik və düzəlişlər istehsalçı zəmanətini keçərsiz edə bilər.
Cihazınıza xidmət tələb olunursa, cihazınızı Samsung Xidmət Mərkəzinə və ya səlahiyyətli
xidmət mərkəzinə aparın.
•
Batareyanı hissələrə ayırmayın və ya deşməyin, çünki bu, partlayışa və ya yanğına səbəb ola
bilər.
•
Batareyanı hissələrə ayırmayın, təkrar istifadə etməyin.
•
Batareyanı çıxarmadan əvvəl cihazı söndürün. Cihaz yanılı ikən batareyanı çıxarsanız, cihazda
nasazlıq yarana bilər.
Cihazı təmizləyərkən aşağıdakıları nəzərə alın
•
Cihazı və ya doldurma qurğusunu dəsmal və ya silgi ilə silin.
•
Batareya klemmalarını pambıq və ya dəsmal ilə silin.
•
Kimyəvi maddə və ya yuyucu vasitələrdən istifadə etməyin. Bu, cihazın xarici səthinin rənginin
dəyişməsinə və ya korlanmasına, cərəyan vurmasına səbəb ola bilər.
•
Cihazın toz, tər, mürəkkəb, yağ və kosmetika, antibakterial sprey, əl təmizləyici, yuyucu
vasitələr və həşəratlara qarşı vasitələr kimi kimyəvi məhsullara məruz qalmasının qarşısını
alın. Cihazın xarici və daxili hissələri zədələnə və ya məhsuldarlıq aşağı düşə bilər. Cihazınız
yuxarıda sadalanan maddələrdən hər hansı birinə məruz qalarsa, onu təmizləmək üçün lifsiz
yumşaq parçadan istifadə edin.
Похожие устройства
- Samsung Galaxy Z Flip6 [SM-F741BLBHSKZ] Руководство пользователя
- Samsung Galaxy Z Flip6 [SM-F741BLBHSKZ] Руководство по безопасности
- Epson EB-460i Help
- Epson EB-460i MonitorGuide
- Epson EB-460i OperationGuide
- Epson EB-460i Safety
- Epson EB-460i InstallGuide
- Epson EB-460i UsersGuide
- Epson EB-1761W SlideConverter
- Epson EB-1761W UsersGuide
- Thermaltake UX200 SE ARGB Snow (CL-P116-AL12SW-A) Инструкция по установке
- Thermaltake UX200 SE ARGB Black (CL-P105-AL12SW-A) Инструкция по установке
- Thermaltake TOUGHAIR 510 Racing Green (CL-P075-AL12RG-A) Инструкция по установке
- Thermaltake TOUGHAIR 510 Gray (CL-P075-AL12BL-A) Инструкция по установке
- Thermaltake TOUGHAIR 510 Turquoise (CL-P075-AL12TQ-A) Инструкция по установке
- Thermaltake TOUGHAIR 110 (CL-P073-AL12BL-A) Инструкция по установке
- Thermaltake TOUGHAIR 310 (CL-P074-AL12BL-A) Инструкция по установке
- Kuppersberg ICI 605 Технические характеристики
- Kuppersberg ICI 605 Инструкция по эксплуатации
- Kuppersberg ICI 604 Технические характеристики