Атлант 7204-501 Руководство по эксплуатации онлайн [19/44] 780183
![Атлант 7204-501 Руководство по эксплуатации онлайн [19/44] 780183](/views2/2011898/page19/bg13.png)
19
AZE
Şәkil 1
dirәk
Şәkil 2
lövhәcik
açıq alov qaynaqlarının meydana gәlmәsinә yol vermәyin, çünki
izobutan tez alışan qazdır.
DİQQƏT! Dondurucunu tez alovlanan vә odu yayan әşyaların
vә maddәlәrin (pәncәrә pәrdәsi, lak, boya vә s.) bilavasitә
yaxınlığında quraşdırmayın.
Dondurucunu mebelin içәrisinә quraşdırmaq, elәcә dә arxa
dayaqların otağın divarı ilә dondurucunun arxa divarı arasında әmәlә
gәtirdiyi aranı bağlamaq QADAĞANDIR.
Dondurucunun üstündә vә yan tәrәәrindәn boş yer
olmadıqda dondurucunu divar oyuğuna quraşdırmaq
QADAĞANDIR (bax 3.2).
DİQQƏT! Dondurucunu metal әl-üz yuyanlar, su kәmәri,
istilik, kanalizasiya vә qaz tәchizatı boruları, elәcә dә metal
torpaqlanmış kommunikasiyalarla tәmasda quraşdırmaq
qadağandır.
Elektrik vә yanğın tәhlükәsizliyi üçün aşağıda sayılanlar
QADAĞANDIR:
– dondurucunun cәrәyan yüklәmәlәrindәn müdaәsini nasaz
olan elektrik şәbәkәsinә qoşmaq. Elektrik şәbәkәsi 10 А cәrәyanına
hesablanmış müdaә qurğusuna malik olmalıdır;
– dondurucunun elektrik şәbәkәsinә qoşulması üçün birlәşdiricilәr,
çoxyerli (iki vә ya daha çox qoşulma yeri olan) rozetkalar vә uzadıcı
şnurlar istifadә etmәk;
– yaş әllә elektrik çәngәlinin taxilması, çıxarılması;
– elektrik telindәn tutaraq dondurucunun şәbәkәdәn ayrılması;
– dondurucuda partlama tәhlükәsi olan vә partlayıcı maddәlәr,
hәmçinin tez alışan plopellentli aerozol balonlarının saxlanması;
– dondurucuda içindә dona bilәcәk maye olan şüşә tutumlarını
saxlamaq;
– dondurucunun üzәrinә başqa elektrik cihazları (mikrodalğalı
soba, toster vә s.), elәcә dә elektrik şәbәkәsinin elementlәrinә suyun
düşmәsinә yol vermәmәk üçün içәrisindә maye olan tutumları, otaq
bitkilәrini qoymaq.
2.7 Soyuducunun tәmiri yalnız istehsalçının sәlahiyyәtli texniki
xidmәtinin (bundan sonra – texniki xidmәti) ixtisaslı bir mexanik
tәrәndәn aparılmalıdır, әks halda sәhv aparılmış tәmirdәn sonra
mәhsul tәhlükә mәnbәyi ola bilәr.
2.8 Dondurucunun işindә elektrik şaqqıltı, tüstü vә s. әmәlә
gәlmәsi ilә bağlı nasazlıqlar baş verdikdә dәrhal qida şnurunu
rozetkadan çıxararaq dondurucunu elektrik şәbәkәsindәn ayırmaq
vә servis xidmәtinin mexanikini çağırmaq lazımdır.
Yanğın әmәlә gәldiyi zaman dәrhal dondurucunu elektrik
şәbәkәsindәn ayırmaq, yanğını söndürmәk üçün tәdbirlәr görmәk
vә yanğın xidmәtini çağırmaq lazımdır.
2.9 Dondurucunun xidmәt müddәti 10 ildir.
DİQQƏT! Dondurucunun xidmәt müddәti bitdikdәn sonra
istehsalçı mәmulatın tәhlükәsiz işlәmәsinә görә mәsuliyyәt
daşımır. Sonrakı istismar tәhlükәli ola bilәr, çünki dondurucunun
materiallarının tәbii köhnәlmәsi vә tәrkib hissәlәrinin dağılması
sәbәbindәn elektrik vә yanğın tәhlükәli vәziyyәtlәrin yaranması
ehtimalı xeyli artır.
3 DONDURUCUNUN QURAŞDIRILMASI
3.1 Dondurucunu bilavasitә günәş şüalarından uzaq yerdә,
qızdırıcı cihazlardan (qaz vә elektrik pilәtәlәrdәn, sobalardan vә
istilik radiatorlarından) әn az 50 sm mәsafәdә quraşdırmaq lazımdır.
3.2 Dondurucunun üzәrindә vә onun yan tәrәәrindәn havanın
sirkulyasiyası üçün әn az 5 sm boş yer olmalıdır.
DIQQƏT! Dondurucunun gövdәsindә vә ya konstruksiyası
içәrisindә yerlәşmiş olan havalandırma (ventilyasiya) dәliklәrinini
qapatmayın.
Dondurucunun üzәrindәn 5 sm-dәn yaxın olan mәsafәdә hәr
hansı asma avadanlığın yerlәşdirilmәsi QADAĞANDIR.
3.3 Dondurucunu, tәnzimlәnәn dayaqları Şәkil 1-ә uyğun
olaraq çevirәrәk, döşәmәyә nisbәtәn üfüqi şәkildә qoymaq lazımdır.
Dondurucu dayaqlar vә tәkәrciklәr üzәrindә möhkәm durmalıdır.
Qapının öz-özünә bağlanması üçün dondurucunu, dayaqları
çevirәrәk, arxaya cüzi mailliklә quraşdırmaq tövsiyә olunur.
4 DONDURUCUNUN İSTİSMAR ÜÇÜN
HAZIRLANMASI
4.1 dondurucu başqa yerә daşındıqdan sonra, onu çalışdırmadan
qabaq әn az yarım saat gözlәmәk zәruridir.
dondurucu әtraf mühitin temperaturunun 0
0
С-dәn aşağı olduğu
zaman daşındığı halda, onu çalışdırmadan qabaq әn az 4 saat әrzindә
qapıları açıq vәziyyәtdә otaq temperaturunda tutmaq lazımdır.
4.2 Komplektlәşdiricilәri qablaşdırma materiallarından
çıxardın. Dondurucunun xarici rәnglәnmiş üst sәthlәrini ilıq suda
yaxud ilıq suda hәll olunmuş zәyif sabın mәhlulunda islanmış
yumşaq parça ilә yuyun. Dondurucunun içindә olan üst tәrkib
hissәlәrini vә plastmas hissәlәrini ilıq suda hәll olunmuş zәyif
sabın mәhlulunda yaxud soda mәhlulunda (1 l suya 1 çay qaşığı
xörәk sodası) islanmış yumşaq parça ilә yuyun. Sonra tәmiz
suda islanmış yumşaq parça ilә quruyanadәk silin. Dondurucunu
mütlәq havalandırın.
Dondurucu yuyulduqda abraziv elementli süngәrlәrdәn,
abraziv pastalardan, turşu vә hәll olunan mәhlul, yaxud qabyuyan
mәhsul tәrkibli parıldadıcı vә yuyucu vasitәlәrdәn istifadә etmәk
QADAĞANDIR!
DİQQƏT! Şәkil 2-yә uyğun olaraq dondurucunun içәrisindә
onun haqqında tam informasiya olan lövhәciyi qoparmayın. Bu
informasiya texniki xidmәt vә dondurucunun bütün istismar
müddәti boyunca tәmiri üçün vacibdir.
4.3 Arxa dayaqları quraşdırmaq: şәkil 3- ya uyğun olaraq, dirәnәyin
düzbucaqlı ucunu kondensator barları arasına taxib dirәnәyi 90
0
çevirmәk lazımdır.
4.4 Dondurucunun qapısının sağ tәrәfә açılmasını üçün
dәyişiklik etmәk olar. Qapını açılma yerinin dәyişdәrkәn
dondurucunun zәdәlәnmәmәsi üçün texniki xidmәtinә müraciәt
etmәyiniz tövsiyә olunur.
Texniki xidmәtinә müraciәt edәrkәn qapının yeninin dәyişdirilmәsi
xidmәti qiymәt siyahısına uyğun olaraq ödәnişli әsasda aparılır.
DİQQƏT! İstehsalçı, istehlakçı vә ya üçüncü şәxslәr
tәrәndәn qapıların asılma yerinin dәyişdirilmәsini hәyata
keçirdikdә, mәhsulda yaranan qüsurların zәmanәt öhdәliklәrinә
görә mәsuliyyәt daşımır.
5 DONDURUCUNUN İSTİSMARI
5.1 DONDURUCUNUN ELEKTRİK ŞƏBƏKƏSİNƏ QOŞULMASI
5.1.1 Dondurucunu elektrik şәbәkәsinә qoşmaq üçün: qida
şnurunun vilkasını rozetkaya salın.
DİQQƏT! Dondurucunu elektrik şәbәkәsindәn ayırdıqdan
sonra onun әn tez 5 dәqiqәdәn sonra tәkrar qoşulmasına yol
verilir.
5.1.2 Dondurucunu әlavәyә uyğun olaraq işә salmaq – dondurucu
“Saxlama” rejimindә işlәyir, bu rejim dondurulmuş әrzaqların keyyyәtli
qalmasını vә az çәkidә tәzә әrzaqların dondurulmasını tәmin edir.
5.1.3 “Dondurma” rejimi (bәzi modellәrdә “Superdondurma”
funksiyası) tәzә mәhsulların daha tez donduruilması üçündür.
Şәkil 3
arxa dayaq
Информация для предварительного ознакомления. Официальной информацией изготовителя не является
Содержание
Похожие устройства
- Атлант М-7606-102 N Руководство по эксплуатации
- Атлант 8020-100 Руководство по эксплуатации
- Атлант 6024-080 Руководство по эксплуатации
- AC Electric ACE-HC3 Руководство по эксплуатации
- Tefal TW7783EA Руководство по эксплуатации
- Tefal TW3953EA Руководство по эксплуатации
- Tefal TW3931EA Руководство по эксплуатации
- Tefal TW6843EAо Руководство по эксплуатации
- Tefal GV9570 Руководство по эксплуатации
- Snaige RF 35SM-S1CB210 Руководство по эксплуатации
- Scarlett SC-JE50S49 Руководство по эксплуатации
- Polaris PVC 1518 Retro Руководство по эксплуатации
- Nordfrost NRB 151-332 Руководство по эксплуатации
- Nordfrost NRB 121-032 Руководство по эксплуатации
- Nordfrost NRB 154NF-332 Руководство по эксплуатации
- Nordfrost NRB 124-332 Руководство по эксплуатации
- Nivona NICR 930 Руководство по эксплуатации
- Miele DGC 7860 GRGR Руководство по эксплуатации
- Miele DGC 7860 BRWS Руководство по эксплуатации
- Miele DGM 7840 BRWS Руководство по эксплуатации