Braun Oral-B iO Series 6/iOM6.1B6.3DK Black [126/162] Doldurma və i stifadə

Braun Oral-B iO Series 6/iOM6.1B6.3DK Black [126/162] Doldurma və i stifadə
126
edirsinizsə və ya implantasiya edilmiş tibbi cihazınız varsa,
Oral-B iO diş fırçasından təhlükəsiz istifadə ilə bağlı suallarınız
olduqda tibbi cihazın istehsalçısı və həkimlə məsləhətləşin.
Oral-B diş fırçanız smartfonunuzla istifadə edilə bilər (ətraflı
məlumatı «Diş fırçasının Smartfona qoşulması» bölməsindən
əldə edə bilərsiniz). Elektromaqnit müdaxiləyə və/və ya
uyğunluq ziddiyyətlərinə yol verməmək üçün təyyarələr və
ya xəstəxanalarda xüsusi nişanlanmış sahələr kimi
məhdudlaşdırılmış sahələrdə istifadə etməzdən əvvəl diş
fırçanızın dəstəyində (5) Bluetooth
®
-u qeyri-aktiv edin.
Interaktiv displeydə (4) «Parametrlər» menyusuna daxil olub
->Bluetooth -> qeyri-aktiv et seçməklə ->Bluetooth-u ->
qeyri-aktiv edin. Bluetooth-u yenidən aktiv etmək üçün eyni
proseduru yerinə yetirin.
Kardiostimulyatoru olan şəxslər diş fırçası yanılı olduqda onu
həmişə kardiostimulyatordan ən azı 15 santimetr (altı düym)
aralı tutmalıdır. Müdaxilə olduğundan şübhələndiyiniz vaxt
Bluetooth-u qeyri-aktiv edin.
Spesifikasiyalar
Voltaj spesifikasiyaları üçün doldurma qurğusunun aşağısına
baxın.
Səs-küy səviyyəsi: 64 dB (A)
İlk istifadə
On/off düyməsinə (7) basmaqla diş fırçasını oyadın və interaktiv
displeydəki (4) təlimatları izləyərək onu ilk dəfə qurmağa
başlayın.
Displeydə başqa təlimatlar verilmədikdə rejim düyməsi (8) ilə
keçid edib, on/off düyməsini (7) seçə bilərsiniz.
İstənilən zaman «Parametrlər» menyusundan (17) parametrləri
dəyişə bilərsiniz.
Doldurma və İstifadə
Batareyanı doldurmaq üçün diş fırçasını şəbəkəyə taxılmış
adapterə (6) yerləşdirin.
Dolma səviyyəsi interaktiv displeydə (4) göstərilir. O, tam
dolduqdan sonra displey sönür. Tam doldurma adətən
12 saat çəkir.
Batareya boşalarsa, mühərrikin sürəti azalır və Ağıllı Təzyiq
Sensoru (3) qısa zamanda qırmızı rəngdə yanıb-sönür.
Batareya boş olduqda mühərrik dayanır; bir istifadə üçün ən
azı 30 dəqiqə doldurma tələb olunur.
Qeyd: Batareya boş olarsa (displey sönülü olur) onu ən azı
30 dəqiqə doldurun.
Tam yüklənmiş saxlamaq üçün dəstəyi həmişə qoşulmuş
adapterin üzərində saxlaya bilərsiniz; batareyanın artıq
doldurulmasına cihaz imkan vermir.
91451398 _iO6_EE_75x155.indd 12691451398 _iO6_EE_75x155.indd 126 23.11.20 10:0923.11.20 10:09

Содержание

Скачать