Samsung Galaxy Z Fold6 (SM-F956B) Руководство по безопасности онлайн [56/678] 902262

Samsung Galaxy Z Fold6 (SM-F956B) Руководство по безопасности онлайн [56/678] 902262
Azərbaycan (latin)
55
Təhlükəsizlik məlumatı
Cihazdan istifadə etmədən əvvəl bu vacib təhlükəsizlik məlumatını oxumağınız xahiş edilir.
Burada cihazlar barədə ümumi təhlükəsizlik məlumatı əks etdirilib və sizin cihazınıza aid
olmayan məzmun ehtiva edilə bilər. Özünüzə başqalarına dəyə biləcək xəsarətin qarşısını
almaq və cihazınızı zədələnmədən qorumaq üçün xəbərdarlıq və ehtiyat tədbirləri ilə bağlı
məlumatlara əməl edin.
Cihaz dedikməhsul və onun batareyası, məhsulla birlikdə təchiz edilən elementlər və
Samsung tərəfindən təsdiqlənmiş məhsul aksessuarları nəzərdə tutulur.
Xəbərdarlıq
Təhlükəsizliklə bağlı xəbərdarlıqlara qaydalara əməl etməmək ciddi
xəsarətə ya ölümə səbəb ola bilər
Cihazınızda maqnitlər var. Onu kredit kartlarından, implantasiya edilmiş tibbi cihazlardan
maqnitin təsirinə məruz qala biləcək digər cihazlardan uzaq saxlayın. Tibbi cihaz olduqda
cihazınızı ən azı 15 sm məsafədə saxlayın. Tibbi cihazınızda xətalara səbəb olduğunu
düşünürsünüzsə cihazdan istifadəni dayandırın və həkim ya tibbi cihazın istehsalçısı ilə
məsləhətləşin
Zədələnmiş enerji naqillərindən ya taxıclarından, ya da boşalmış taxıc yuvalarından istifadə
etməyin
Təhlükəsizliyi təmin edilməmiş qoşulmalar cərəyan vurmasına ya yanğına səbəb ola bilər.
Yaş əl ya bədənin digər yaş hissələri ilə cihaza, enerji naqillərinə, taxıclara ya taxıc
yuvalarına toxunmayın
Bu, cərəyan vurmasına səbəb ola bilər.
Enerji naqilini ayırarkən həddindən artıq güc tətbiq edərək çəkməyin
Bu, cərəyan vurmasına ya yanğına səbəb ola bilər.
Enerji naqilini əyməyin zədələməyin
Bu, cərəyan vurmasına ya yanğına səbəb ola bilər.
Cihaz doldurularkən ondan yaş əllərlə istifadə etməyin
Bu, cərəyan vurmasına səbəb ola bilər.
Скачать