Oral-B iO Series 5 Black matte Руководство по эксплуатации онлайн [14/18] 890494
![Oral-B iO Series 5 Black matte Руководство по эксплуатации онлайн [14/18] 890494](/views2/2129780/page14/bge.png)
14
VACİB
• Diş fırçaları uşaqlar və fiziki, hissi və
yaxud əqli imkanları məhdud və ya
təcrübəsi və məlumatı yetərsiz olan
insanlar tərəfindən nəzarət altında
və ya təhlükəsiz istifadəyə dair
təlimatlandırıldıqdan və mümkün
təhlükələri anladıqdan sonra istifadə
oluna bilər. Uşaqlar cihazla
oynamamalıdır. Təmizləmə və texniki
qulluq nəzarət olmadan uşaqlar
tərəfindən icra edilməməlidir.
• Əgər cihaz / onun naqili zədələnibsə,
cihazı Oral-B Servis Mərkəzinə aparın.
• Yalnız cihazınızla birgə təchiz edilən
adapterdən istifadə edin.
XƏBƏRDARLIQ
• Şarj cihazını, smart başlığı və ya şarj səfər çantasını
su və ya hər hansı mayenin içinə qoymayın və ya
onları əl-üz yuma yeri, yaxud çanağa düşə biləcəyi
yerdə saxlamayın. Suya düşərsə, onu çıxarmağa
çalışmayın. Dərhal cərəyan yuvasından çıxarın.
• Bu cihazda əvəz olunmayan batareyalar
mövcuddur. Cihazı açmayın və sökməyin.
Batareyanın utilizasiyası üçün, yerli ətraf mühit
qaydalarına uyğun olaraq, cihazı bütünlükdə
utilizasiya edin. Tutqacın açılması, cihazın
dağılmasına və zəmanətin ləğvinə səbəb olacaq.
• 3 yaşına çatmamış uşaqların fırçadan istifadəsi
tövsiyə edilmir.
• Fırçanı çeynəməyin və ya dişləməyin. Fırçadan
oyuncaq kimi və ya böyüklərin nəzarəti olmadan
istifadə etməyin.
• Bu diş fırçası, şəxsi gigiyena vasitəsidir və stomatoloji
təcrübədə və ya stomatoloji müəssisələrdə bir neçə
pasiyent tərəfindən istifadə üçün nəzərdə tutulmayıb.
• Həmçinin, gigiyenik sağlamlıq məqsədləri üçün, hər
bir ailə üzvü üçün fərdi fırça tutqaclarından və
başlıqlarından istifadə etməyi məsləhət görürük.
• Xırda hissələr yerindən çıxa bilər. Ona görə, fırçanı
uşaqların əli çatmayan yerdə saxlayın.
• Hər istifadədən sonra, fırçanın başlığını diqqətlə
təmizləyin (bax: «Təmizliyə dair tövsiyələr» bölməsi).
Düzgün təmizlik, diş fırçasının təhlükəsiz istifadəsini
və istismar ömrünü təmin edir.
Fırçanın başlığının sınması, kiçik hissəciklərin
yaranması, nəticə etibarilə boğulma və ya dişlərin
zədələnməsi səbəb ola bilər. Bunun qarşısını almaq
üçün:
• Hər istifadədən əvvəl fırça başlığının yerində yaxşı
oturduğuna əmin olun. Fırça başlığı düzgün şəkildə
oturmursa, diş fırçasından istifadəni dayandırın.
Fırçanı başlıq olmadan istifadə etməyin.
• Əgər diş fırçasının tutqacı yerə düşərsə, növbəti
istifadədən əvvəl fırçanın başlığı dəyişdirilməlidir
(əgər heç bir görünən zədə yoxdursa belə).
• Replace brush (head) every 3 months or sooner if
brush head becomes worn.
• Bu məhsulu yalnız bu təlimat kitabçasında təsvir
edilən qaydada, nəzərdə tutulmuş məqsəd üçün
istifadə edin. İstehsalçı tərəfindən tövsiyə
edilməyən hissələrdən istifadə etməyin
• Bütün məhsulu/elektrik məftillərini/aksesuarları
zədələrə görə vaxtaşırı yoxlayın. Zədələnmiş və ya
qeyri-işlək qurğu istifadə edilməməlidir.
• Məhsula heç bir dəyişiklik etməyin və ya özünüz
təmir etməyin. Bu, yanğına, cərəyan vurmasına və
ya xəsarət almanıza səbəb ola bilər.
• Fırçanın hər hansı giriş hissəsinə heç bir əşya daxil
etməyin.
• Bu dış fırçası su keçirməyən dəstəyi var, elektrik
cərəyanı baxımından təhlükəsizdir və vanna
otağında istifadə üçün hazırlanmışdır.
• İstifadə zamanı fırça başlığına orta dərəcədə
basaraq Ağıllı Təzyiq Sensorunun necə işlədiyini
periodik qaydada yoxlayın.
Mühüm məlumat
• Bu fırça, və çantada (aksesuar) NdFeB maqnitləri
vardır və onlar maqnetik sahələr yaradır. Tibbi
cihazdan istifadə edirsinizsə və ya implantasiya
edilmiş tibbi cihazınız varsa, Oral-B iO diş
fırçasından təhlükəsiz istifadə ilə bağlı suallarınız
olduqda tibbi cihazın istehsalçısı və həkimlə
məsləhətləşin.
Yalnız iO Seriya 4 və iO Seriya 5 üçün:
• Oral-B diş fırçanız smartfonunuzla istifadə edilə
bilər (ətraflı məlumatı «Diş fırçasının Smartfona
qoşulması» bölməsindən əldə edə bilərsiniz).
Elektromaqnit müdaxiləyə və/və ya uyğunluq
ziddiyyətlərinə yol verməmək üçün təyyarələr və ya
xəstəxanalarda xüsusi nişanlanmış sahələr kimi
məhdudlaşdırılmış sahələrdə istifadə etməzdən
əvvəl diş fırçanızın dəstəyində Bluetooth
®
-u qeyri-
aktiv edin.
• Kardiostimulyatoru olan şəxslər diş fırçası yanılı
olduqda onu həmişə kardiostimulyatordan ən azı
15 santimetr (altı düym) aralı tutmalıdır. Müdaxilə
olduğundan şübhələndiyiniz vaxt Bluetooth-u qeyri-
aktiv edin.
• Bluetooth standart rejimdə diş fırçanızda aktivdir.
Siz istənilən zaman yandırma/söndürmə düyməsinı
basıb 5 saniyə saxlamaqla Bluetooth-u aktiv/qeyri-
aktiv edə bilərsiniz. Bluetooth funksiyasının
aktivləşməsi tədricən güclənən mavi işıqla işıq
halqası vasitəsilə göstərilir.
Diqqət: Telefon/adapterinizin vanna otağı mühitində
istifadə üçün hazırlandığına əmin olmaq üçün
smartfonunuzun istifadəçilər üçün təlimat kitabçasını
izləyin.
Fırça başlıqları
Oral-B yalnız sizin Oral-B iO diş fırçanızın dəstəyinə
uyğun gələn müxtəlif çeşiddə Oral-B iO fırça başlıqları
təklif edir. Bu unikal fırça başlıqları stomatoloqlardan
ilham almış və ağzınızı təmiz və fərah hiss etdirmək
üçün hazırlanmışdır.
Təmizləmə təlimatları
Fırçaladıqdan sonra fırça başlığını diş fırçası yanılı
vəziyyətdə olmaqla axar suyun altında yaxalayın. Fırça
başlığını çıxarın və dəstəklə fırça başlığını ayrı-
ayrılıqda təmizləyin. Dəstək yanılı vəziyyətdə olarkən
suyun dəstəyin yuxarı hissəsinin içindən, habelə fırça
başlığının daxilindən keçdiyindən əmin olun. iO diş
fırçasını yenidən yığmazdan öncə bütün hissələri silib
qurulayın və onların qurumasına imkan verin.
Təmizləməzdən əvvəl doldurma qurğusunu
cərəyandan ayırın. Doldurma qurğusunu mütəmadi
olaraq yalnız nəm parça ilə təmizləyin. «Aksesuarlar»
paraqrafında hər aksesuar üçün fərdi təmizləmə
təlimatlarını yoxlayın.
20139825_Leporello_UI_iO3-iO5_75x155_Reg_NGC_EE_2D.indd 1420139825_Leporello_UI_iO3-iO5_75x155_Reg_NGC_EE_2D.indd 14 22.05.23 10:1422.05.23 10:14
Похожие устройства
- Enchen Boost Black Руководство по эксплуатации
- Ginzzu GM-916B Руководство по эксплуатации
- Kitfort КТ-7184 Руководство по эксплуатации
- Rexant 38-0385 Руководство по эксплуатации
- Ginzzu GM-236 Руководство по эксплуатации
- Novicam VOICE C White/ Gray Руководство по эксплуатации
- Enchen AIR 5 Руководство по эксплуатации
- Kodak AZ528 Blue Руководство по эксплуатации
- Kodak FZ45 White Руководство по эксплуатации
- Kodak AZ528 Black Руководство по эксплуатации
- Kodak FZ45 Black Руководство по эксплуатации
- ND Play Коллекция Paramount Платин.изд Том 6 Комедии Руководство по эксплуатации
- Nebula PLAYBUDS (NG-TWS01) Руководство по эксплуатации
- Nebula OCTA Gray (NG-TWS02) Руководство по эксплуатации
- Nebula OCTA Blue (NG-TWS03) Руководство по эксплуатации
- Nebula ESCAPE (NG-TWS04) Руководство по эксплуатации
- Nebula AXIS (NG-TWS08) Руководство по эксплуатации
- Nebula STORM Black (NG-TWS09) Руководство по эксплуатации
- Nebula STORM Green (NG-TWS10) Руководство по эксплуатации
- Nebula STORM Beige (NG-TWS11) Руководство по эксплуатации