Oral-B iO Series 5 Black matte Руководство по эксплуатации онлайн [15/18] 890494
![Oral-B iO Series 5 White Руководство по эксплуатации онлайн [15/18] 890540](/views2/2129780/page15/bgf.png)
15
Bildiriş verilmədən dəyişdirilə bilər.
Ətraf Mühit Bildirişi
Məhsulun tərkibində batareyalar və ya
təkrar emal edilə bilən elektrik tullantıları
var. Ətraf mühitin qorunması məqsədilə,
batareyaları məişət tullantıları ilə birgə tullamayın.
Təkrar emal üçün, batareyaları elektrik tullantılarının
toplantı məntəqələrinə təhvil verin.
Zəmanət
Məhsula satınalma tarixindən başlayaraq 2 il
müddətinə zəmanət veririk.
Zəmanət müddəti ərzində cihazda material və ya emal
nöqsanlarından yaranan qüsurları öz seçimimizlə təmir
edərək və ya cihazı bütövlükdə dəyişərək pulsuz
aradan qaldıracağıq. Ehtiyat hissələrinin
əlçatanlığından asılı olaraq cihaz fərqli rənglə və ya
ekvivalent modellə əvəz edilə bilər.
Bu zəmanət Braun/Oral-B və ya təyin edilmiş
distribyütor tərəfindən bu cihazın satıldığı hər bir
ölkəyə şamil olunur. Bu zəmanətə daxil deyil: xüsusən
fırça başlıqları ilə əlaqəli olaraq düzgün istifadə
olunmama, normal köhnəlmə və ya istifadə
nəticəsində yaranan xəsarət, eləcə də cihazın
dəyərinə və ya işləməsinə əhəmiyyətsiz təsir göstərən
qüsurlar.
Səlahiyyəti olmayan şəxslər tərəfindən təmir işləri
aparılarsa və orijinal Braun/Oral-B ehtiyat hissələri
istifadə olunmazsa, zəmanət etibarsız sayılır.
Zəmanət müddəti ərzində xidmət əldə etmək üçün
cihazı tam şəkildə, satış qəbzi ilə birlikdə rəsmi Oral-B
Braun Müştəri Xidməti Mərkəzinə gətirin və ya
göndərin.
Bu zəmanət qanunvericilik orqanı qəbul etdiyi qanuna
uyğun olaraq hüquqlarınıza hər hansı şəkildə təsir
etmir.
Yalnız iO Seriya 4 və iO Seriya 5 üçün:
Bu cihaz Bluetooth Smart təsdiqi almış radio
interfeysləri ilə təchiz edilmişdir. Bluetooth Smart ilə
müəyyən smartfonlar arasında bağlantı qurmaq
mümkün olmadıqda Bluetooth interfeysi
nasazlıqlarının Oral-B şirkətinə yönləndirilə bildiyi
hallar istisna olmaqla, bu, cihaz zəmanətində ehtiva
edilmir. Bluetooth cihazlarına onların istehsalçıları
zəmanət verir və Oral-B şirkətinə aid edilmir. Oral-B
cihaz istehsalçılarına heç bir şəkildə təsir etmir və ya
tövsiyələr vermir və bu səbəbdən Oral-B bizim
Bluetooth interfeysimizə uyğun olan cihazlar üçün
məsuliyyət daşımamalıdır.
Oral-B əvvəlcədən xəbərdarlıq etmədən Oral-B
sistem funksiyasının etibarlılığını təmin etmək üçün
lazım gəldikdə cihazın funksiyaları, interfeysi və
menyu qurululuşunda hər hansı dəyişikliklər etmək
hüququnu özündə saxlayır.
Zəmanət – İstisna və Məhdudiyyətlər
Bu məhdud zəmanət yalnız Procter & Gamble Şirkəti,
onun Törəmələri və ya Podratçıları («P&G») tərəfindən
və ya onun üçün istehsal edilmiş və Braun / Oral-B
ticarət nişanı, ticarət adı və ya loqosu ilə müəyyən
edilən yeni məhsullara tətbiq edilir.
Bu məhdud zəmanət avadanlıq və proqram
təminatları daxil olmaqla, P&G şirkətinə aid olmayan
heç bir məhsula tətbiq edilmir. P&G hər hansı
proqram, verilənlər və ya məhsul daxilindəki hər hansı
vasitədə saxlanılan məlumatların, eləcə də P&G
məhsulu olmayan və ya bu məhdud zəmanətlə əhatə
edilməyən hissələrin korlanması və ya itirilməsinə
görə məsuliyyət daşımır. Proqramların, verilənlərin və
ya başqa məlumatların bərpa edilməsi və ya təkrar
quraşdırılması bu məhdud zəmanətlə əhatə edilmir.
Bu məhdud zəmanət (i) qəza, sui-istifadə, yanlış
istifadə, etinasızlıq, yanlış tətbiq və ya qeyri-P&G
məhsulundan istifadə səbəbindən yaranan ziyana;
(ii) Braun və ya səlahiyyətli Braun xidmət
mərkəzindən kənarda icra edilən xidmət səbəbindən
yaranan ziyana; (iii) P&G şirkətinin yazılı icazəsi
olmadan dəyişdirilmiş məhsul və ya hissəyə tətbiq
edilmir.
Məlumat
Bluetooth
®
radio modulu
Bluetooth cihazında göstərilən bütün funksiyalarin
dəstəklənməsinə baxmayaraq, Oral-B bağlantının
100% təmin edilməsinə və funksiyanın kəsintisiz
işləməsinə zəmanət vermir.
İş göstəriciləri və bağlantının sabitliyi hər bir fərdi
Bluetooth cihazının birbaşa işindən, proqram
təminatından, eləcə də bu Bluetooth cihazlarının
əməliyyat sistemi və şirkətin cihaza tətbiq etdiyi
təhlükəsizlik qaydalarından asılıdır.
Oral-B Bluetooth/ Wi-Fi cihazlarının Oral-B iO diş
fırçalarında əlaqə yaratması və işləməsi üçün
yaradılmış Bluetooth/ Wi-Fi standartını ciddi şəkildə
tətbiq edir.
Lakin cihaz istehsalçıları bu standarta cavab
vermədikdə Bluetooth cihazının uyğunluğu və
funskiyaları pozulacaq və istifadəçi cihazın funksiya və
işində problemlərlə qarşılaşa bilər. Nəzərə alın ki,
Bluetooth/ Wi-Fi cihazının proqram təminatı onun
uyğunluğu və işinə mühüm təsir göstərə bilər.
Zəmanət verilən ehtiyat fırça başlıqları
Elektrik enerjisi ilə doldurula bilən diş fırçasında
Oral-B markasına aid olmayan ehtiyat fırça
başlıqlarının istifadə olunmasına görə əmələ gələn
dəstək zədəsi aşkarlanarsa, Oral-B zəmanəti etibarsız
sayılacaq.
Oral-B markasına aid olmayan ehtiyat fırça
başlıqlarının istifadəsi Oral-B tərəfindən tövsiyə
edilmir.
• Oral-B markasına aid olmayan ehtiyat fırça
başlıqlarının keyfiyyətinə Oral-B nəzarət etmir. Buna
görə biz elektrik enerjisi ilə doldurula bilən dəstəyin
ilkin satın alınması zamanı qeyd edilən təmizliyin
Oral-B markasına aid olmayan ehtiyat fırça başlıqları
ilə əldə olunacağına təminat verə bilmərik.
• Oral-B markasına aid olmayan ehtiyat fırça
başlıqlarının tam uyğun gəlməsinə Oral-B təminat
verə bilməz.
• Oral-B markasına aid olmayan ehtiyat fırça
başlıqlarının dəstəyin köhnəlməsinə uzunmüddətli
təsiri Oral-B tərəfindən proqnozlaşdırıla bilməz.
Bütün Oral-B ehtiyat fırça başlıqlarının üzərində
Oral-B loqosu vardır və Oral-B-nin yüksək keyfiyyət
standartlarına cavab verir. Oral-B başqa marka adı
altında ehtiyat fırça başlıqları və ya dəstək hissələri
satmır.
Bütün Oral-B ehtiyat fırça başlıqlarının üzərində
Oral-B loqosu vardır və Oral-B-nin yüksək keyfiyyət
standartlarına cavab verir. Oral-B başqa marka adı
altında ehtiyat fırça başlıqları və ya dəstək hissələri
satmır.
20139825_Leporello_UI_iO3-iO5_75x155_Reg_NGC_EE_2D.indd 1520139825_Leporello_UI_iO3-iO5_75x155_Reg_NGC_EE_2D.indd 15 22.05.23 10:1422.05.23 10:14
Похожие устройства
- Enchen Boost Black Руководство по эксплуатации
- Ginzzu GM-916B Руководство по эксплуатации
- Kitfort КТ-7184 Руководство по эксплуатации
- Rexant 38-0385 Руководство по эксплуатации
- Ginzzu GM-236 Руководство по эксплуатации
- Novicam VOICE C White/ Gray Руководство по эксплуатации
- Enchen AIR 5 Руководство по эксплуатации
- Kodak AZ528 Blue Руководство по эксплуатации
- Kodak FZ45 White Руководство по эксплуатации
- Kodak AZ528 Black Руководство по эксплуатации
- Kodak FZ45 Black Руководство по эксплуатации
- ND Play Коллекция Paramount Платин.изд Том 6 Комедии Руководство по эксплуатации
- Nebula PLAYBUDS (NG-TWS01) Руководство по эксплуатации
- Nebula OCTA Gray (NG-TWS02) Руководство по эксплуатации
- Nebula OCTA Blue (NG-TWS03) Руководство по эксплуатации
- Nebula ESCAPE (NG-TWS04) Руководство по эксплуатации
- Nebula AXIS (NG-TWS08) Руководство по эксплуатации
- Nebula STORM Black (NG-TWS09) Руководство по эксплуатации
- Nebula STORM Green (NG-TWS10) Руководство по эксплуатации
- Nebula STORM Beige (NG-TWS11) Руководство по эксплуатации