Braun iOM7.1B2.2BD Black Onyx [89/110] Diş fırçanızın istifadəsi

Braun iOM7.1B2.2BD Black Onyx [89/110] Diş fırçanızın istifadəsi
89
Diş fırçanızın istifadəsi
Fırçalamağa başlayın
Fırça başlığını dəstəyə yerləşdirin. Dəstək və fırça
başlığı arasında kiçik boşluq qalmalıdır. Dəstəyi
şəbəkəyə qoşulmuş adapterdən qaldırın və ya
dəstəyi oyatmaq üçün sadəcə götürün (displey
yanır). Fırça başlığını isladın və üzərinə diş məcunu
qoyun. Sıçramanın qarşısını almaq üçün on/off
düyməsinə basmaqla dəstəyi yandırmazdan əvvəl
fırça başlığını dişlərinizə yönəldin.
Qeyd: Bir müddət sonra displey sönür. Displeyi
yenidən aktiv etmək üçün on/off düyməsinə
basa
bilərsiniz.
Fırça başlığını dişdən dişə hərəkət etdirin. Dişlərin
kənarlarından, daxili hissələrindən və səthlərindən
fırçalayın. Ağzınızın hər dörd bölməsini bəbabər
səviyyədə fırçalayın.
Həmçinin diş həkiminiz və ya diş gigiyenası
mütəxəssisiniz ilə sizin üçün düzgün olan fırçalama
qaydası haqqında məsləhətləşə bilərsiniz.
Fırçaladıqdan sonra displey fırçalama vaxtınıza
əsasən sizə rəy bildirir.
Hər hansı elektrik diş fırçasını istifadə etdiyiniz ilk
günlərdə diş
ətləriniz yüngülcə qanaya bilər.
Ümumiyyətlə, qanaxma bir neçə gün sonra
dayanmalıdır. 2 həftə sonra da davam edərsə, diş
həkiminiz və ya diş gigiyenası mütəxəssisiniz ilə
məsləhətləşin.
Həssas dişləriniz və/və ya diş ətiniz varsa, Oral-B
«Həssas» və ya «Super Həssas» rejimi istifadə
etməyi tövsiyə edir (Oral-B «Zərif Qayğı» fırça
başlığı ilə birlikdə könüllüdür (d)).
Taymer
Ağzınızın növbəti hissəsinə keçməyinizi bildirmək
üçün taymer 30 saniyəlik intervallarla qısa siqnallar
verir. Uzun siq
nal səsi peşəkarların tövsiyə etdiyi 2
dəqilik fırçalama vaxtının bitdiyini göstərir.
Dəstək fırçalama zamanı qısa müddətə
söndürüldükdə belə, taymer bununla bərabər
fırçalama vaxtlarını yaddaşda saxlayır.
30 saniyədən çox müddətə fasilə verildikdə və ya
dəstəyin şəbəkəyə taxılmış adapterə
yerləşdirilməsi zamanı taymer sıfırlanır.
Qeyd: Oral-B tətbiqinin istifadəsi zamanı taymer
bəzi funksiyalar üçün qeyri-aktiv edilə bilər.
Qeyd: Siz, həmçinin Oral-B tətbiqi ilə taymeri
fərdiləşdirə
bilərsiniz.
Ağıllı Təzyiq Sensoru funksiyaları (a)
Sizin diş fırçanız fərqli işıq rəngləri ilə göstərilən
müxtəlif funksiyaları olan Ağıllı Təzyiq Sensoru (3)
ilə təchiz edilmişdir:
Ağ (standart) = Əməliyyat göstəricisi (Oral-B tətbiqi
(b) vasitəsilə fərdi rəng seçin) / Aşağı təzyiq
göstəricisi
Qırmızı = yüksək təzyiq göstəricisi / aşağı batareya
göstəricisi
Yaşıl = tövsiyə edilən təzyiq göstəricisi
Mavi = Bluetooth əlaləndirmə göstəricisi
Narıncı = Xəta göstəricisi (displey mesajlarını izləyin)
Yaşıl işıq ilə göstərilən düzgün təzyiqlə fırçalayın.
Həddən artıq təzyiq tətbiq edilərsə, qırmızı işıq
yanır və sizə təzyiqi azaltmaq lazım olduğunu
xatırladır. Ağıllı Təzyiq Sensoru ağ rəngdə yandıqda
(və ya siz rəngi əvvəldən seçdikdə) daha çox təzyiq
tətbiq etməyi tövsiyə edirik. Yüksək təzyiq zamanı
fırça başlığının hərəkəti azalacaqdır («Günd
əlik
Təmizləmə», «İntensiv» və «Həssas» rejimlərdə).
İstifadə zamanı fırça başlığına orta dərəcədə
basaraq Ağıllı Təzyiq Sensorunun necə işlədiyini
periodik qaydada yoxlayın.
Qeyd: Oral-B tətbiqindən istifadə zamanı Ağıllı
Təzyiq Sensorunun rəyi bəzi funksiyalar üçün qeyri-
aktiv ola bilər.
Qeyd: Ağıllı Təzyiq Sensoru «Dil Təmizləmə»
rejimində qeyri-aktiv edilir.
Fırçalama rejimləri (modeldən asılı olaraq)
Sizin diş fırçanız displeydə göstərilmiş fərqli
fırçalama rejimləri təklif edir:
«Gündəlik Təmizləmə» – Gündəlik tə
mizləmə
üçün standart rejim
«Həssas» – Həssas sahələr üçün zərif, bir o dər
də dərindən təmizləmə
«Damağa Qulluq» – Damağınızı zərif şəkildə
masaj edir
«Ağartma» – Hərdən və ya gündəlik istifadə üçün
müstəsna parlatma
«İntensiv» – Yüksək səviyyəli təmizlik hissi üçün
(daha yüksək sürətdə işləyir)
«Super Həssas» – Daha həssas bölgələr üçün
super zərif təmizləmə
«Dil Təmizləmə» – Bəzən və ya hər gün dilin
təmizlənməsi
«Dil Təmizləmə» rejimində fırçanı işlədən zaman biz
«Zərif Qayğı» fırça başlığından istifadəni tövsiyə
91451394_SONOS_M7-9_120x170_EE.indd 8991451394_SONOS_M7-9_120x170_EE.indd 89 31.08.20 08:0831.08.20 08:08

Содержание

Похожие устройства

Скачать