Philips FC6726/01 [9/42] Təhlükə

Philips FC6726/01 [9/42] Təhlükə
Azərbaycanca
9
Azərbaycanca
Alış-verişiniz üçün sizi təbrik edir və Philips-ə xoş gəlmisiniz deyirik! Philips-in təklif etdiyi dəstəkdən tam şəkildə yararlanmaq üçün məhsulunuzu
www.philips.com/MyVacuumCleaner səhifəsində qeydiyyatdan keçirin.
Təhlükəsizliklə bağlı vacib məlumat
Cihazdan istifadə etməzdən əvvəl bu vacib məlumatları diqqətlə oxuyun və gələcəkdə istinad etmək üçün saxlayın. Verilən aksesuarlar müxtəlif
məhsullar üçün fərqli ola bilər.
Təhlükə
- Heç vaxt su və ya digər mayelərlə təmizləməyin. Heç vaxt tezalışan maddələrlə və külləri soyuyana qədər təmizləməyin.
- Cihazı və ya adapteri heç vaxt suya və ya başqa mayeyə batırmayın və onları kranın altında yumayın.
Xəbərdarlıq
- Cihaz qoşulmazdan əvvəl adapterdəki gərginliyin yerli şəbəkə gərginliyinə uyğun olub-olmadığını yoxlayın.
- İstifadədən əvvəl hər zaman cihazı yoxlayın. Cihaz və ya adapter zədələnibsə, istifadə etməyin. Hər zaman zədələnmiş hissəni orijinal növün bir
parçası ilə dəyişdirin.
- Adapter transformator ehtiva edir. Adapteri başqa bir ştepsel çəngəli ilə dəyişdirmək üçün kəsməyin, bu, təhlükəli vəziyyətə səbəb ola bilər.
- Bu cihaz yaşı 8-dən çox olan uşaqlar və fiziki, hissiyyat və ya əqli qabiliyyətləri zəif olan, yaxud cihazın istifadəsi ilə bağlı təcrübə və biliyi olmayan
insanlar tərəfindən o zaman istifadə oluna bilər ki, onlara cihazın təhlükəsiz istifadəsinə dair təlimat verilib və ya təhlükəsiz istifadəni təmin
etmək üçün nəzarət altında olacaqlar, yaxud əlaqədar təhlükələr barədə məlumatlandırılıblar. Uşaqlar cihazla oynamamalıdırlar. Nəzarət
olmadan uşaqlara təmizlik və ya istifadəçi baxımını həyata keçirmək icazəsi verilməməlidir.
- Maqnit şarj diskini hər zaman uşaqlardan uzaq saxlayın.
- Cihazı təmizləməmişdən və ya ona texniki qulluq etməmişdən əvvəl ştepsel rozetkadan çıxarılmalıdır.
- Cihazı bir müddət istifadə etməyəcəksinizsə, adapteri şəbəkədən ayırın.
- Cihazı bir aydan çox (istifadə etmədən və ya doldurmadan) saxlayarkən, batareyanın 50%-dən az olmadığına əmin olun. Batareya boşaldıqdan
sonra cihazın saxlanması batareyanın geri dönüşü olmayan şəkildə zədələnməsinə səbəb ola bilər.
- Cihazla işi bitirib onu yerinə qoyanda adapterin rozetkadan çıxarıldığına da əmin olun.
- FC6726, FC6723, FC6722 növləri üçün: Mühərrikli fırçanın digər cihazlar və ya kabellərin elektrik naqilləri üzərində hərəkət etməsinə icazə
verməyin, çünki bu, təhlükəyə səbəb ola bilər.
- FC6726, FC6723, FC6722 növləri üçün: Boş paltar, saç və bədən hissələrini mühərrikli fırçalardan uzaq tutun.
- Cihaz işləyərkən ventilyasiya çıxışlarını örtməyin və ya bağlamayın.
- Bu tozsoran yalnız məişətdə istifadə üçün nəzərdə tutulub. Bu tozsoranı bina tullantıları, sement tozu, kül, narın qum, əhəng və buna bənzər
maddələri təmizləmək üçün istifadə etməyin. Hər hansı filtri olmadan tozsoranı heç vaxt istifadə etməyin. Bu, onun mühərrikinə ziyan vura və
tozsoranın ömrünü qısalda bilər. Tozsoranın bütün hissələrini həmişə istifadəçi təlimatında göstərildiyi kimi təmizləyin. İstifadəçi təlimatında
xüsusi olaraq göstərilməyibsə, heç bir hissəni su və/və ya təmizləyici vasitələrlə təmizləməyin.
- Cihazı yalnız birlikdə verilən adapterlə şarj edin. Yalnız 25 voltluq adapter ZD12D250050EU və ya 29 voltluq adapter ZD12D290050EU-dən
istifadə edin. Müvafiq adapter nömrəsini adapterin üzərində görə bilərsiniz.
- Məhsulu 5°C və 40°C aralığında olan temperaturda şarj edin, istifadə edin və saxlayın.
- Batareyaların qızmaması və ya zəhərli, təhlükəli maddələr buraxmaması üçün məhsulu və ya batareyanı açmayın, dəyişdirməyin, deşməyin,
zədələməyin və ya sökməyin. Batareyanın qısa qapanmasına, həddindən artıq və ya əks şarj edilməsinə yol verməyin.
- Məhsulu və batareyaları oddan uzaq saxlayın və onları birbaşa günəş işığı və ya yüksək temperatura məruz qoymayın.
- Məhsul anormal şəkildə qızar və ya qoxu gələrsə, rəngini dəyişər və ya şarj normaldan daha uzun müddət davam edərsə, məhsulu istifadə etməyi,
həmçinin şarj etməyi dayandırın və Philips ilə əlaqə saxlayın.
- Məhsulları və onların batareyalarını mikrodalğalı soba və ya induksiyalı ocaqlara qoymayın.
- Batareyalar zədələnərsə və ya sızdırarsa, onların dəri və ya gözlə təmasından çəkinin. Bu baş verərsə, dərhal su ilə yaxşıca yuyun və həkimə
müraciət edin.
- Bu məhsul yenidən şarj edilə bilən batareya ehtiva edir. Batareya yalnız ixtisaslı mühəndis tərəfindən dəyişdirilə bilər.
- Cihazı artıq şarj edə bilmədiyiniz zaman və ya enerjisi tez tükənəndə onu rəsmi Philips xidmət mərkəzinə aparın.
- Zədələnməsinə yol verməmək üçün toz qabında filtr mövcud olmadıqda, cihazdan istifadə etməyin.
Diqqət
- Şarj zamanı adapterə toxunanda isti olur. Bu, normaldır.
- Yaş əllərlə cihazı rozetkaya qoşmayın və ya çıxarmayın.
- Kabeli dartaraq adapteri rozetkadan çıxarmayın (Şək. 1). Şarj qurğusundan istifadə etmirsinizsə, hər zaman cihazın aşağı hissəsindən maqnit şarj
diskini çıxararaq cihazı şəbəkədən ayırın (Şək. 2).
- İstifadədən sonra və şarj etməzdən əvvəl cihazı hər zaman söndürün.
- Tozsoranla təmizləyərkən işlənmiş hava çıxışı dəliklərini heç vaxt bağlamayın.
- Toz qabını və onun qapağını qabyuyan maşında təmizləməyin. Onlar qabyuyan maşınlara davamlı deyillər.
- Ən yaxşı şəkildə işlədiyinə əmin olmaq üçün filtri ən azı iki həftədən bir yalnız əllə yuyun. Suyu təmiz olana qədər yuyub təmizləyin. Təkrar istifadə
etməmişdən əvvəl filtrin 24 saat ərzində qurumasına şərait yaradın.
- Filtri qab süngəri və ya cilalayıcı təmizləyici vasitələrlə təmizləməyin.
- Hər zaman filtri quraşdırılmış tozsorandan istifadə edin.
- Filtri su ilə təmizləsəniz, onu yenidən toz qabına yerləşdirməzdən əvvəl tamamilə quruduğuna əmin olun. Filtri birbaşa günəş işığında, radiatorda
və ya paltarqurudan maşında qurutmayın.
- Filtri artıq düzgün təmizləyə bilmirsinizsə və ya zədələnibsə, onu dəyişdirin (Bax 'Aksesuarların sifarişi').
- Cihazın istifadəçi təlimatlarına uyğun olaraq divara bərkidilmiş şarj qurğusu ilə quraşdırıldığından əmin olun.
- Elektrik cərəyanı riskinin qarşısını almaq məqsədilə şarj qurğusunu qoşmaq üçün divarda deşik açarkən diqqətli olun.
Elektromaqnit sahələr (EMS)
Bu Philips cihazı elektromaqnit sahələrin təsirinə məruz qalma ilə əlaqədar bütün tətbiq olunan standartlar və qaydalara uyğundur.
Aksesuarların sifarişi
Aksesuarlar və ya ehtiyat hissələrini almaq üçün www.philips.com/parts-and-accessories səhifəsinə daxil olun və ya Philips dilerinizə müraciət edin.
Siz həm də ölkənizdə olan Philips İstehlakçılara Yardım Mərkəzi (əlaqə təfərrüatları üçün beynəlxalq zəmanət bukletinə baxın) ilə əlaqə saxlaya
bilərsiniz.
Zəmanət və dəstək
Məlumat və ya dəstəyə ehtiyacınız varsa, www.philips.com/support vebsaytına daxil olun və ya beynəlxalq zəmanət bukletini oxuyun.
Təkrar emal
- Bu simvol elektrik məhsulları və batareyaların normal məişət tullantıları (Şək. 3) ilə birlikdə atılmamalı olduğunu bildirir.
- Ayrı-ayrı elektrik məhsulları və batareyaların toplanması üçün ölkənizin qaydalarına əməl edin.

Содержание

Похожие устройства

Скачать